Sosial şəbəkədə vətəndaşı şantaj etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bir nəfərin barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək 2000 manatının alınması barədə polisə məlumat daxil olub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Ağdaş rayon sakini Ahmeds Azizovs müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.