!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrdə ANTİVİRUS TƏBLİĞATI: “Əsassız fikirlər yaymaq yolverilməzdir” – Psixoloqdan TÖVSİYƏ

!Reklam – Yazi

“Koronavirusa inanmayanlar heç olmasa, həyatın normal axara daha tez qayıtması naminə tətbiq edilmiş karantin qaydalarını pozmamalıdırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında internet resurslarında, xüsusilə də, sosial şəbəkələrdə koronavirus infeksiyasının çox ciddi təhlükə olduğuna inanmayan insanların bu yanaşmanı başqalarına da təlqin etmək cəhdlərinin yolverilməzliyini önə çəkən psixoloq İlahə Dadaşova deyib.

İlahə Dadaşovanın fikrincə, koronavirusla mübarizə çərçivəsində hər bir vətəndaş tətbiq olunan məhdudlaşdırıcı qaydaları gözləməklə, həyatın normal axara daha tez qayıtmasına təsir edə bilər:

“Koronavirus pandemiyasının uzun müddət davam edəcəyi ilə bağlı bir sıra həkim və ekspertlərin çıxışları insanlarda müəyyən psixoloji gərginliyin yaranmasına səbəb olur.

Artıq elə bir vəziyyət yaranıb ki, pandemiyanın ilk dönəmlərində koronavirusa inananlarda ciddi şübhələr əmələ gəlib. Digər tərəfdən, əvvəllər bu infeksiyanın doğurduğu təhlükəni ciddiyə almayanlar indi koronavirusun nə qədər təhlükəli xəstəlik olduğunu qəbul etməyə başlayıblar.

Ancaq bütün hallarda cəmiyyətdə yaranan bu qarışıq ovqat insanlarda psixoloji gərginliyi artırır. Ev şəraitində qalmağa məcbur olan vətəndaşların fiziki hərəkətsizliyi onların sağlamlığına təsirsiz ötüşmür.

Yaxşı olardı ki, koronavirusa inanmayanlar da gigiyenik qaydalara və başqa tövsiyələrə tam əməl etsinlər. Çünki koronavirusdan başqa, insan sağlamlığına zərər vuran şox sayda virus və bakteriyalar da mövcuddur.

Bu viruslardan qorunmaq üçün təmizliyə riayət etmək, əlləri tez-tez yumaq vacibdir. Ən pis halda virusa inanmayanlar karantin müddətinin tez bitməsi üçün qəbul olunan qərarlara anlayışla yanaşmalıdırlar. Çünki mövcud vəziyyət koronavirusa inananlar və inanmayanlar üçün eyni səviyyədədir.

Ona görə də, müxtəlif platformalarda “koronavirus uydurmadır”, “belə bir xəstəlik yoxdur” kimi əsassız fikirlər yaymaqdan çəkinmək lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

999
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv