Sosial şəbəkələrdə reklam olunan “qida əlavələri”: “Belə məhsulları alarkən…” – XƏBƏRDARLIQ\VİDEO

“Heç bir ədəbiyyatda tapmazsan ki, qida əlavəsi, yəni kimyalaşmış məhsuldan insan nə qədər yesə, müəyyən zəhərlənmə həddinə çatar. Belə məhsulları alarkən istehlakçı maksimum diqqətli olmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının satışı və reklam olunmasından danışarkən deyib.

Ekspert bununla bağlı insanlara xəbərdarlıq edib:

“Bazar qloballaşdıqda müxtəlif ölkələrdən Azərbaycana mal daşınır və bunların hamısı qida əlavələrisiz və kimyasız keçinmir. Bunların siyahısı var və aralarında icazə verilən və verilməyənlər var. Amma dünyada biznes öz işini görür”.

Ətraflı videonu təqdim edirik:

Cəvahir

COP29