Sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar 19 faizdən çox artdı – Mikayıl Cabbarov

2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19,2% artıb.

Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

“Əmək bazarında leqallaşma və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19,2% artaraq 4 mlrd. 586,3 mln. manata çatıb.

Bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmalar isə 19% artaraq 160,2 mln. manat olub”.