Sosial sığorta haqqı belə qeydə alınacaq – YENİLİK

Ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğləri Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınacaq.

Yenicag.az xəbər verir ki, bu, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin, sığortaolunanın özü haqda məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişiklik baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi təklif edilir.