Sosial Tədqiqatlar Mərkəzinə daha iki təyinat gerçəkləşib.
Yenicag.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun imzaladığı əmrlə Şəfanə İbrahimova və Afaq Məmmədova Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, Şəfanə İbrahimova ölkənin tanınan media orqanlarında çalışıb, Afaq Məmmədova isə gənc və peşəkar tərcüməçi olaraq fəaliyyət göstərib.