Bu şəxslərin də maaşları artırıldı

Prezident İlham Əliyev martın 1-də “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.