Şotlandiyanın rəsmi “səfir”i it olacaq

330459_it_sefirŞotlandiyada rəsmi “səfir” vəzifəsinə it axtarılır.

Bu barədə Scotland Now məlumat yayıb. Məlumata görə, yeni əməkdaş öz sahibi ilə ölkədə səyahət etməli və bütün görməli yerlərdə olmalıdır. “Elçi”nin hərəkətlərini sosial şəbəkələrdə izləmək mümkün olacaq. İtin məşhurların iştirakı ilə keçirilən tədbirlərə dəvət olunacağı da istisna edilmir.

“VisitScotland” təşkilatı yeni əməkdaşı “Denholm Associates” işə götürmə agentliyinin köməkliyilə seçir. Vəzifə ambassadog kimi açıqlanıb. Bu isə ingilis sözləri “ambassador” və “dog”a (“səfir” və “it”) uyğun gəlir.

“VisitScotland” təşkilatının nümayəndəsi Helen Kempbellin sözlərinə görə, onlara ünsiyyətcil və mehriban it lazımdır. O, öz səyahətləri vasitəsilə Şotlandiyanın ruhunu ifadə etməyi bacarmalı və turistləri bu ölkəyə səyahət etməyə ruhlandırmalıdır.

Qeyd edək ki, təşkilat iş üçün Şotlandiyada yaşayan bütün itlərin müraciətlərini qəbul edir.(Aznews)