Sovetlər 4 milyon 68 min qazaxı aclıqdan öldürdü – Dəhşətli statistika

Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutundan alınan statistik məlumata görə, XX əsrin 30-cu illərində aclıqdan ən çox Qazaxıstan əziyyət çəkib. Orada itkilərin səviyyəsi 22.4 faiz olub.

Yenicag.ru xəbər verir ki, 1932-33-cü illərdə aclıqdan ölən qazaxların sayı 4 milyon 68 min nəfərə çatıb. Ukraynada isə bu rəqəm 1930-cu illərdə 3.9 milyon olub.

Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutunun direktor müavini Aleksandr Qladunin sözlərinə görə, KİV-lər bu rəqəmləri çox vaxt şişirdərək 7, 8 hətta 12 milyona qədər də artırır.

Alimlərin hesablamalarına görə, 1932-34-cü illərdə SSRİ-də 8.7 milyon ölüb.

Aclıqdan başqa, sovet hakimiyyəti müsəlman-türkləri repressiya və deportasiyaya da məruz qoyublar. Bütün bu proseslər nəticəsində milyonlarla türk, tatar, başqırd, azərbaycanlı, qazax və SSRİ-nin digər türkdilli xalqları da həlak olub. Axıska türkləri Sibirə və Orta Asiyaya, krım tatarları isə öz növbəsində sovet imperiyasının ən ucqar guşələrinə – Sibirə, Uzaq Şərqə deportasiya olunublar.

COP29