!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sovetski"də güclü yanğın: 1 nəfər ölüb, 4 nəfər xilas olunub - YENİLƏNİB - FOTO

!Reklam – Yazi

“Yanğın haqda məlumat bu gün saat 17.01 radələrində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX) daxil olub. Dərhal ərazi üzrə hadisə yerinə Yasamal Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri cəlb olunub”.

Yeniçağ.Az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov deyib.

O bildirib ki, yanğınsöndürənlər hadisə yerinə 17.10-da çatıb: “Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunub. Dərhal Bakı qarnizonunun qüvvə və vasitələri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə 13 yanğın avtomobili, 90 nəfərə yaxın şəxsi heyət cəlb olunub. Yanğın ümumi həyət tipli bir tərəfi 2 mərtəbəli, digər tərəfi 3 mərtəbəli taxta konstruksiyalardan ibarət olan mənzillərdə baş verib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub, uçqun altında qalan 1 nəfər qadın meyiti aşkarlanıb”.

Ə. Novruzov qeyd edib ki, xilas olunanlardan 2-si qadın, 2-si isə kişidir: “Xilas olunanlardan 2 nəfəri ağır yataq xəstələridir. Bir nəfər qadın əl nahiyəsindən aldığı yanıq xəsarətlərindən Respublika Yanıq Mərkəzinə aparılıb, ona ilkin yardım göstərilib. Yanğının baş verməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. Təhqiqat işlərinin nəticəsindən asılı olaraq yanğının başvermə səbəbləri müəyyən olunacaq. Pilləkən qəfəsləri taxta konstruksiyadan olduğundan yanğının ilk olaraq qısa müddətdə mənzillərə yayılma təhlükəsi sürətli olub, nəticədə insanlar alovun mühasirəsində qalıblar. Yanğınsöndürənlərin səyi nəticəsində insanlar xilas olunub. Yanğının söndürülməsi 35-40 dəqiqə çəkib. Hazırda konstruksiyaların sökülmə işləri davam edir”.

***

Bakının “Sovetski” kimi tanınan ərazisində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç mənzil tamamilə yanıb.

Yeniçağ.Az-ın Report-a istinadla verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Eyni zamanda, hadisədə köməksiz vəziyyətdə qalmış iki nəfər – Leyla Cəfərova və Alim İsmayılov da xilas edilərək xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, yanğın Yasamal rayonu, Həzi Aslanov küçəsi 1/17 ünvanında yerləşən 5 ailənin yaşadığı üçmərtəbəli yaşayış binasında baş verib.

Yeniçağ.Az

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv