!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soydaşlarımız Moskvada yeni təşkilat yaratdılar

!Reklam – Yazi

Rusiya paytaxtında “Moskva azərbaycanlıları icması” adlı qurum təsis edilib.

Yenicag.az xəbər verir ki, yeni təşkilatın qurucuları adından həmyerlilərimizə müraciət ünvanlanıb.

Müraciətdə deyilir:

“Hörmətli həmvətənlər!

Biz 2012-ci ildən etibarən, Azərbaycan Mədəniyyətinin Dirçəlişi və İnkişafına Yardım Fondu olaraq, fəaliyyət göstərmişik. Bu müddət ərzində Moskvada və Moskva vilayətində çoxsaylı mədəni-maarif, təhsil, idman və xeyriyyə tədbirləri keçirmişik.

Biz adıçəkilən Fondun çərçivəsində fəaliyyət göstərdiyimiz üçün gördüyümüz işlər bu qurumun profili ilə məhdudlaşırdı. Bununla əlaqədar Azərbaycan Mədəniyyətinin Dirçəlişi və İnkişafına Yardım Fondunun təsisçiləri belə bir qənaətə gəldilər ki, artıq yeni səviyyəyə yüksəlməyin və fəaliyyətlərini “Moskva azərbaycanlıları icması” çərçivəsində davam etdirməyin vaxtı çatıb.

Azərbaycan Mədəniyyətinin Dirçəlişi və İnkişafına Yardım Fondu qismində biz Moskva şəhəri və Moskva vilayətinin hökumətləri ilə birlikdə çalışaraq, ictimai təşkilatın bir çox funksiyalarını yerinə yetirmişik. Ona görə də belə qərara gəldik ki, artıq ictimai təşkilat kimi fəaliyyət göstərməyimiz daha doğru olar.

Bu ildən başlayaraq “Moskva azərbaycanlıları icması” adlı regional ictimai təşkilatı qeydiyyatdan keçirmişik. Məmnunluqla sizə bildiririk ki, bizim gələcək fəaliyyətimiz bu təşkilat vasitəsilə həyata keçiriləcək.

Hesab edirik ki, bu formata keçid bizim qarşıya qoyulan məqsədlərə nail olmaq imkanlarımızı, o cümlədən komandamızın iş potensialını artıracaq. Diqqətinizə çatdırırıq ki, təşkilatımız bu gündən etibarən, rəsmi fəaliyyətə başlayır.

Bu illər ərzində bizimlə birlikdə olan, layihələrimizin icrasında yaxından iştirak edən və bizi dəstəkləyən insanlara minnətdarlığımızı bildiririk. Təşkilatımızın qapıları öz bacarıqlarını göstərmək və ümumi işə töhfə vermək istəyən şəxslərin üzünə açıqdır.

Ümid edirik ki, “Moskva azərbaycanlıları icması” arzulayan hər kəsin özünü zəruri və faydalı hiss edəcəyi, həmfikirlər tapacağı, öz bacarıqlarını göstərə biləcəyi məkan olacaq. Gəlin, dialoq və əməkdaşlıq üçün etibarlı platforma olan yeni təşkilatımızda fəaliyyətimizi cəsarət və inamla davam etdirək.

Sizə düşən bizə gələcək fəaliyyətimizdə uğurlar arzulamaq və planlarımızın həyata keçməsini diləməkdir.

“Moskva azərbaycanlıları icması” Rusiya İctimai Təşkilatı”.

www.yenicag.az

2741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv