!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin güllələdiyi azərbaycanlı gəncin meyiti Balakənə gətirildi-Yenilənib

!Reklam – Yazi

?????????????????????????????????????????????????????????

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.

Bu barədə “Bloknot Volqoqrad” saytının yaydığı xəbərdə bildirilir.

Qeyd olunur ki, sentyabrın 13-də Volqoqradda yerləşən “Bariton” karaoke-barında müştərilər arasında mübahisə düşüb. Nəticədə bar sahibinin oğlu ov tüfəngindən açdığı atəş nəticəsində bir nəfəri yaralayıb.

Yaralının dostları hadisə yerinə təcili tibbi yardımın gəlməsini gözləmədən onu xəstəxanaya aparıblar. Lakin yolda onların arasında mübahisə davam edib. Belə ki, yaralını daşıyan avtomobilə arxadan gələn 4 avtomobildən atəş açılıb. Dostları yaralını xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən bar sahibinin 34 yaşlı oğlunu saxlayıblar(APA).

***

Sentyabrın 13-də Rusiyanın Volqoqrad şəhərində erməni tərəfindən odlu silahla qətlə yetirilən azərbaycanlı Eduard Nəbi oğlu Çiriyevin meyiti Azərbaycana gətirilib.

Bu barədə Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad (ÜAK) üzrə regional bölməsinin sədr müavini Fikrət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı Eduard doğulduğu Balakən rayonunda dəfn olunub.

ÜAK-ın regional bölməsinin rəhbəri Teymur Həsənov isə açıqlamasında Volqoqradda azərbaycanlılarla ermənilər arasında baş verən hadisənin təfərrüatları barədə danışıb.

Onun bildirdiyinə görə, E.Çiriyev dostları ilə birlikdə yeyib-içdikdən sonra şəhərdəki ermənilərin barına getməyə qərar veriblər: “Hüquq-mühafizə orqanlarından mənə verilən məlumata görə, Eduard Çiriyev və dostları birlikdə yeyib-içdikdən sonra ermənilərin barına gediblər. Bu zaman onlarla barda olan ermənilər arasında mübahisə düşüb. Barın sahibinin oğlu Virabyan soyadlı erməni avtomobilində olan “Sayqa” tipli tüfəngini götürərək Eduard Çiriyevə atəş açıb. Nəticədə Eduard aldığı güllə yarasından ölüb”.

Diaspor rəhbəri hadisənin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu söyləyib.

Qeyd edək ki, azərbaycanlını öldürən erməni Volqoqraddakı erməni diasporunun bir müddət rəhbəri olmuş Vyaçeslav Virabyanın oğludur(APA)

* * *

Volqoqraddakı barda azərbaycanlılarla ermənilər arasında baş vermiş dava-dalaşın bəzi təfərrüatları bəlli olub.

Davanın baş verdiyi “Bariton” karaoke-barının erməni sahibinin oğlunun ov tüfəngindən açdığı atəş nəticəsində ölən şəxs milliyyətcə azərbaycanlı – Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğludur(virtualaz).

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv