Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Soyduğu evdən çıxan oğru polislə qarşılaşdı - Bakıda

Bakıda oğurluq edən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən Yenicag.Az-a verilən məlumata görə, iyulun 16-da Pirallahı Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşları xidmətdə olan vaxt ərazidəki evlərdən birinin hasarından bir nəfərin tullanaraq içəri keçdiyini müşahidə ediblər. Onun bu hərəkəti şübhə doğurduğundan polis əməkdaşları həmin evi nəzarətə götürüblər. Az sonra həmin şəxs əlində müxtəlif əşyalar yığılmış torba ilə eyni üsulla həyəti tərk edərkən polislər onu şübhəli kimi saxlayaraq Polis Şöbəsinə gətiriblər.

Araşdırmalarla onun qəsəbə sakini Vadim Mironov olması müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə onun Elxan adlı şəxslə birlikdə 86 yaşlı tənha kişinin yaşadığı həmin evdən cari ilin iyun-iyul ayları ərzində 3 dəfə ayrı-ayrı vaxtlarda oğurluq etdiyi müəyyən edilib. O, öz ifadəsində həmin evdən ümumilikdə 2340 manat pul, sənəd, mobil telefon, pensiya kartı, məişət əşyaları, elektrik naqili, transformator, təmir-tikinti alətləri, başqa bir evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 510 manat pul, bir mağazadan isə ümumi dəyəri 800 manadan yuxarı ərzaq, spirtli və sərinləşdirici içkilər, tütün məmulatları və digər məhsullar oğurladıqlarını etiraf edib.

Əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakini Elxan Kəbirli müəyyən edilib, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. O, ifadəsində V.Mironovla birlikdə oğurluqlar etdiyini etiraf edib.

Pirallahı RPŞ-də faktla əlaqədar cinayət işi başlanılıb.

Yenicag.Az

www.yenicag.az

306
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM