Bu şəhərdə layihəsinin rəhbəri və prodüseri Müşfiq Abbasov tənqidlərə hər zaman açıq olduqlarını deyib.
Yenicag.az-a açıqlama verən prodüser bununla belə haqsız iradlara qarşı sərt davrandıqlarını etiraf edib:
“Tənqidlərə normal yanaşırıq. Təhqir olanda bloka atırıq, ya da ümumiyyətlə heç kimə reaksiya vermirik. Haqqımızda yalan xəbərlərin də yayıldığı vaxtlar olub. Buna görə çox əsəbiləşmişəm. Bir dəfə xəbər yayıldı ki, guya hansısa rayonumuzun işğal günündə konsert vermişik. Zəng edib, həmin adama ağzıma gələni dedim, söydüm. Konsertin tarixini və video görüntüsünü göstərdim. Həmin şəxs bizdən üzr istədi. Həmin məqamda çox əsəbiydim, çünki olmayan bir şeyi adımıza yazmaq, əlbəttə ki, haqsızlıq idi. Yanımda olsaydı, həmin adama əl də qaldırardım. Təbii ki, səhv etmiş olardım, amma həddən artıq qəzəbliydim”.
Cəvahir