“Rusiyada yaranan Beynəlxalq Ordu Oyunları öz çoğrafiyasını genişləndirir. Bu il oyunların ona yaxın müsabiqəsi Çin, Qazaxıstan və Azərbaycanda keçiriləcək”.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bunu Soçidə keçirilən III Qış Ümumdünya Hərbçilərin Oyunlarında Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“Bu il bir neçə ölkə Beynəlxalq Ordu Oyunlarının keçirilməsi ilə əlaqədar bizə müraciət edib. 2017-ci ildə oyunların 6 müsabiqəsi Çində, 1-i Azərbaycanda, bir neçəsi isə Qazaxıstanda keçiriləcək”, – deyə S.Şoyqu vurğulayıb.
Müdafiə naziri qeyd edib ki, keçən il bir çox ölkə oyunlara öz müşahidəçilərini göndərib: “Oyunlarda 17 ölkə iştirak edib. Əminəm ki, onların sayı bu il daha çox olacaq. Oyunlar getdikcə populyarlıq qazanır”.
Yeniçağ.Az