Şoyqu və Akar telefonla danışdı – Nələri müzakirə etdilər?

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun türk həmkarı Hulusi Akar ilə telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin məlumatında deyilir.

“Şoyqu və Akar Ukraynadakı vəziyyəti, o cümlədən humanitar məsələləri müzakirə ediblər”, – Rusiya Müdafiə Nazirliyindən bildirilib.