Şoyqu və Arutyunyan Qarabağdakı vəziyyəti müzakirə etdi

Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Telefon danışığında tərəflər hərbi və hərbi texniki əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının faəliyyəti müzakirə ediblər.