Şoyqunun keçmiş birinci müavininin arvadı oğurlandı

Rusiyanın keçmiş müdafiə nazirinin birinci müavini və Hava-Desant Qüvvələrinin (VDV) komandanı Aleksandr Kolmakovun arvadı oğurlanıb.

Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, generalın arvadı Tamara Moskva yaxınlığındakı Mıtişi bölgəsindəki evlərinə qayıtmayıb. Bundan sonra Kolmakov polisə gedib.

Daha sonra ona tanımadığı nömrədən zəng gəlib və arvadının qaytarılması üçün 1 milyon rubl məbləğində fidyə tələb edib.

Faktla bağlı araşdırma aparılır