!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şoyqunun Tehran səfəri – Rusiya İranla nələri müzakirə edir?

!Reklam – Yazi

“Bu gün Rusiya dalana dirənib, dünyadan təcrid olunub. Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə də Vladimir Putin cinayətkar elan olunub və həbsinə order verilib. İran isə 1979-cu ildən embarqolara məruz qalmış ölkədir. Ona görə də Rusiya təkcə İran yox, eləcə də Şimali Koreya kimi avtoritar rejimlərə meyl edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehran səfərini şərh edərkən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.

“O ki qaldı Rusiya İran arasında olan hazırkı münasibətlərə, I və II Rus-İran müharibəsindən sonra Qacarlar məğlub olduqdan sonra Rusiyanın təsir dairəsi İranda XX əsrin əvvəllərinə qədər davam edib. Məsələn, Səttarxan hərəkatının qan içində boğulmasında rus kazaklarının rolu olub. Yəni Rusiya həmişə irticaçı kimi İran rejiminə dəstək verib. Suriyada da tərəflərin siyasəti üst-üstə düşdü. Çünki hər ikisi Suriyada Bəşər Əsəd rejimini müdafiə edirlər”, – o, əlavə edib.

Analitikin fikrincə, Zəngəzur məsələsində isə Rusiya və İran arasında fikir ayrılığı var:

“Çünki İran istəyir ki, Zəngəzur dəhlizi əvəzinə Araz dəhlizi açılsın. Ona görə ki, Araz dəhlizi Zəngilandan keçməklə İran ərazisindən Naxçıvana getməkdir ki, bu barədə müqavilə var. Biz isə istəyirik ki, hər 2 dəhliz açılsın və bölgədə hərəkət intensivləşsin. Rusiya və İranın maraqları da burada toqquşur. Sergey Şoyqunun Tehran səfərində də bu məsələlər müzakirə olunur. Tərəflər haradasa ortaq məxrəcə gələcəklər, ya yox, bunu gizli danışıqlarda iştirak edənlər biləcəklər”.

Rafi Müslümov

COP29

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv