Soyuducu təmiri sexində yanğın baş verdi

Bakı şəhərinin Nizami rayonunda yerləşən soyuducu təmiri sexində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 360 m² olan birmərtəbəli sahəsi 20 m² olan mətbəx və ofis otağının yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən sexin içərisində hər birinin həcmi 5 litr olan 3 ədəd freon, 1 ədəd həcmi 20 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.