!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Söyün Sadıqovlar sabah rus qoşunlarını Azərbaycanı işğal etməyə çağıracaqlar”

!Reklam – Yazi

 

hqdefaultİsmayıl Ağayev: “Azərbaycan xalqı, dövləti və diasporası adından S. Sadıqov, İ. Hacıyev kimi insanların danışmaq haqqı əllərindən alınmalıdır”

Xəbər verildiyi kimi, Rusiyadakı azərbaycanlı diasor nümayəndələri “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında müzakirəyə çıxarılmasına etiraz etdiklərinə görə təzyiqlərlə üzləşib.

Virtualaz.org saytına məlum olub ki, onlara təzyiq edənlər arasında elə Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının liderləri də yer alır. Bu biabırçılıq haqda Rusiyadakı diaspor nümayəndələri məlumat veriblər.

Xəbərə görə ötən ilin dekabrında diaspor təşkilatlarının bir qrup nümayəndəsi Dövlət Dumasının spikeri Sergey Narışkinə müraciət edərək həmin qanun layihəsinin müzakirəyə çıxarılmasından narahatlıqlarını ifadə ediblər. Lakin Rusiya Azərbaycanlıları Konqresinin rəhbəri İlqar Hacıyev və “AzərRos”un keçmiş rəhbəri Söyün Sadıqov da şəxsən regionlardakı diaspor rəhbərlərinə zəng vuraraq tələb ediblər ki, Narışkinə müraciəti imzalamasınlar.

ismayil agayevMəsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirdi ki, azərbaycançılıq mövqeyinə zidd hərəkət edən bu kimi təşkilatlar Azərbaycan adından çıxış etmək səlahiyyətindən məhrum edilməlidirlər: “Rusiyada baş vermiş hadisələrlə əlaqədar təəssüf ki, Azərbaycanı təmsil edən və diasporu adından çıxış edən İlqar Hacıyev, Söyün Sadıqov kimiləri insanların əsəb sistemilə oynayırlar.  Onlar tabe olduqları və yaşadıqları ölkədəki dövlət məmurlarından proqram nöqteyi-nəzərindən aldıqları hərəkətlərə və çıxışlara rəğmən milli məfkurə və azərbaycançılıq ideyalarını bir kənara ataraq, şəxsi prinsiplərini hər şeydən üstün tutublar. Söyün Sadıqovun və digərlərinin bu hərəkətini erməni dəyirmanına su tökmək kimi qiymətləndirmək olar. Bu hal bir daha göstərdi ki, Azərbaycan və onun diasporası adından hər bir adama danışmaq imkanı vermək olmaz. Söyün Sadıqov və başqaları həssas bir zamanda türk dünyası və azərbaycançılıq məfkurəsilə bir yerdə deyilsə, onlara Azərbaycan adından danışmağa da səlahiyyət verməmək lazımdır. Azərbaycan xalqı, dövləti və diasporası adından bu kimi insanların danışmaq haqqı əllərindən alınmalıdır. Həmin şəxslər Rusiya vətəndaşıdır və bu ölkədə yaşayırlar. Bu rüsvayçılığı yaradan həmin təşkilatlarla heç bir əməkdaşlıq olmamalıdır. Onların Azərbaycanla bağlı keçirəcəyi tədbirlər və digər hansısa məsələlər səfirliklər, diaspota təşkilatları və Diaspora Komitəsinin tərəfindən boykot edilməli və onlar antimilli, anti-Azərbaycan ünsürlər elan olunmalıdır. Birmənalı şəkildə başqaları da bilməlidir ki, S. Sadiqov və İ. Hacıyev kimiləri artıq azərbaycançılıq ideyalarına xidmət edən insanlar deyillər. Birmənalı şəkildə belə hərəkət edən insanları qınaq obyektinə çevirməliyik”.

fazilmustafa1Millət vəkili Fazil Mustafa isə mövzu ilə bağlı bunları qeyd edib: “Rusiyadakı diasporamızdan gözlənilməz addım atılmayıb. Tam da gözlədiyimiz addımdır. Adamlar diaspora təşkilatlarını Rusiya vətəndaşları olaraq yaradıblar, indi də öz iqtisadi ve siyasi tehlükəsizliyini nəzərə alaraq Rusiya hakimiyyətinin təklifi ve təzyiqi ile belə bir addıma gedirlər. Etiraf edək ki, Rusiyada gərçək Azerbaycan diasporasının yaradılmamasının esas günahkarlarından biri də məhz bizim bu işə səlahiyyətli olan məmurlarımızdır. Oradakı sahibkarlara, az-çox pulu olan azerbaycanlılara pul dağarcığı kimi baxanda təmiz niyyətli kimsə özünü Vətən naminə riskə qoyub Rusiya kimi ölkədə diaspora yükünün altına soxmaz.

Bu insanlara vaxtında sahib çıxılmalı, Rusiyanın siyasi və iqtisadi elitasında irəliləməsinə planlı dəstək vermək lazım idi ki, Rusiya hakimiyyəti Söyün Sadıqov, İlqar Hacıyev kimilərdən Azərbaycan maraqlarına zidd istifadə etməsin. Baxarsınız, bir gün həmin adamlar Narışkinə rus ordusunun Azərbaycana yeridilməsi ilə bağlı da müraciət edəcəklər. Keçmiş MTN-çi Akif Çovdarov Rusiyadan evine baş çəkməyə gələn iş adamlarına bu dövlət qurumunda işgəncə verəndə və pullarını soyanda maraqlı bir ritorik suallar verirmiş: “Sən kimsən ki, öz kəndinin yollarını asfaltlatmısan?” Yaxud da: “Sizin ana bacınızı biz qoruyuruq, niyə vaxtında gətirib bizim pulumuzu vermirsiniz?” İndi təsəvvür edin ki, başqa bir sual da verə bilərdi: “Sən kimsən ki, diaspora işinə burnunu soxursan?” Bu ritorik sualları təəssüf ki, təkcə Akif Çovdarov vermirdi, vəzifə səlahiyyəti çatanların əksəriyyəti verirdi. Bütün bunlardan sonra öz ölkəsinə gəlməyə peşman olan adam hansı duyğularla öz ölkəsi üçün yad diyarda fədakarlıq edə bilərdi?

İndi Rusiyada ermıni soyqırımı ideyasını dəstəkləyən Azərbaycan diasporanın mövcudluğunun səbəbini az-çox anlamış olduq.

Əslində mən bu məsələyə o qədər də faciəli yanaşmıram. Onsuz da son bir ildə Rusiyada rəsmi səviyyədə alınan axmaq qərarların sayı kifayət qədərdir, bu da olsun onlardan biri. Tək azərbaycanlılar deyil ki, çeçen kimi xarakterli millətin üzdəniraq təmsilçilərinə də türkləri, müsəlmanları, hətta öz çeçen qardaşlarını söydürə bilirlər. Əsas odur ki, heç olmazsa bu hadisədən nəticə çıxarıb Rusiyada Azərbaycan dövləti və hakimiyyət orqanları ilə əlaqəli çalışan gerçək diaspora təşkilatını formalaşdırmağı bir daha düşünüb-gerçəkləşdirək.”

ELÇİN

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv