Soyuq içkilərin çox miqdarda qəbul edilməsi ürək döyüntüsünü azaldır.
Yenicag.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Daxili Xəstəliklər Mütəxəssisi Dr. Hakani Hazar məlumat yayıb.
Onun sözlərinə görə, soyuq içkilər ürək sağlamlığını riskə atır.
“Bu vəziyyət ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Ürək problemi olanlar soyuq içki qəbul etməkdən çəkinməlidirlər. Soyuq içkilər mədə əzələlərində daralma və yavaşlamaya səbəb olur. Mədə turşusunun əmələ gəlməsinin qarşısını alır və mədənin boşalmasını gecikdirir”.
Buzlu su, buzlu çay, buzlu qəhvə kimi içkilərin birdən-birə istehlak edilməsinin sağlamlıq üçün təhlükəli olduğunu vurğulayan Dr. Hazar bunları deyib:
“Sağlam həyat üçün orqanizmin gün ərzində ehtiyacı olduğu qədər su içmək son dərəcə vacibdir. Həm fiziki, həm də ruhi sağlamlığın əsas qaydası olan su içmək maddələr mübadiləsinin daha sürətli işləməsinə kömək edir. Bədəndəki orqan və toxumaların sağlamlığı üçün çox zəruri olan içməli su ilə bağlı bəzi nəzəriyyələr irəli sürülüb. Onlardan biri suyun isti və ya soyuq içilməsidir. Bəzi fikirlər soyuq su içməyin çox faydalı olduğunu, bəziləri isə son dərəcə zərərli olduğunu iddia edir. Lakin soyuq içkilər orqanizmdə selik miqdarının artmasına səbəb ola bilər. Soyuq suyun burun selikli qişasını qalınlaşdırdığı, isti su və ya isti içkilərin nəfəs almağı asanlaşdırdığı müəyyən edilib”.
Buzlu su içməyin bir çox insan üçün çətin görünə biləcəyini, bəzən bədən çəkisini artırdığını qeyd edən Dr. Hazar, “Bu vəziyyət çoxları üçün sürpriz ola bilər. Ancaq bunun səbəbi yediyiniz yeməklərdən sonra orqanizmin qəbul edilən piyi yandırmaq istəməsi, lakin buzlu suyun buna imkan verməməsidir.
Nəzarətli və yavaş bir şəkildə soyuq su içməyin idman edən insanların performansını artıracağına dair bəzi fikirlər olsa da, ümumiyyətlə bu davranışdan qaçmağın sağlamlıq üçün daha faydalı olduğunu vurğulayan Dr. Hazar, “Unutulmamalıdır ki, soyuq su içmək yemək borusuna təsir edir və bu mövzuda həssas olan insanlarda vəziyyəti daha da pisləşdirə bilər. Buz kimi soyuq su içmək bəzi insanlarda, xüsusən də miqrenli insanlarda baş ağrısına səbəb ola bilər. İnsanlar hərarətindən asılı olmayaraq kifayət qədər su qəbul etməli və hər gün ən azı 2-3 litr su içməyə diqqət etməlidirlər”./unikal.az/