!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soyuq münasibətlər Lavrovun nəfəsi ilə "istiləşir" - Rusiyadan ABŞ-a sərt ittihamlar

!Reklam – Yazi

“ABŞ suverenlik prinsipinə həqiqətən əməl etsəydi, digər ölkələrin işlərinə müdaxilə etməzdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ard-arda yüksək səviyyəli diplomatik görüşlər keçirdikdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında bildirib.

Lavrov, BMT Baş katibi və ABŞ prezidentinin çıxışlarını çox bəyəndiyini, hətta onlarla həmfikir olduğunu, lakin bunların yerinə yetirilməsinin daha vacib olduğunu qeyd edib.

O, Trampın çıxışınına xüsusi diqqət çəkərək: “Tramp deyir ki, ABŞ yalnız Prezidentin sözü ilə hərəkət edən ölkə deyil. Eyni zamanda qeyd edir ki, suverenlik ən vacib məsələdir və digər bütün məsələlər ikinci növbədə durur. ABŞ Konstitusiyası və BMT-yə qoşulma haqqında qanunlar ölkənlərin milli qanunvericiliyə prioritet məsələ kimi yanaşmağı nəzərdə tutur. Lakin əvvəlki administrasiyaların heç biri bu xətti nəzərdə tutulduğu kimi davam etdirməyib” – deyə vurğulayıb.

“Digər tərəfdən, əgər ABŞ əsas prinsip kimi suverenliyə sadiqdirsə, digər ölkələrin işlərinə qarışmamalıdır”, – deyə Lavrov deyib.

“ABŞ öz iqtisadi və hərbi üstünlüklərindən istifadə edərək bütün suveren hüquqları taptalayır. Dünyanın daha da inkişaf edib, xoş bir hala gəlməsi üçün bütün iqtisadi və sosial inkişafı dəstəkləyən qüvvələrə şərait yaradılmalıdır. Amma hazırki vəziyyətdə bunun tam əksinə ekstrimist və terrorist qruplaşmalara dəstək verildiyini görürük” – deyə Lavrov ABŞ-ı ittiham edib.

Həşim Səhrablı

www.yenicag.az

4001
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv