Qız günlərində nəyi etməliyik, nəyi yox… Bu barədə inanclar nəsildən-nəsilə ötürülür. Hətta bu olmazlar kiçik yaşlardan uşaqların beyninə həkk etdirilir. Lakin bəzi qəbul edilmiş qaydalar həqiqətə uyğun olmaya bilər.
Yenicag.az soyuq qız günləri başlamadan inanmaqdan vaz keçirilməli olan bəzi qış miflərini təqdim edir:
1. Qışda özünü sıxarsansa, daha az titrəyərsən
Bu tamamilə yanlışdır. Əksinə, başı çiyinlərinin arasına sıxan adam daha çox titrədir, nəinki dik gəzən adam. Münki sıxılma qan dövranına təsir edir bə bu istiliyin bədənə yayılmasının qarşısını alır.
Əgər, çox sərt şaxta yoxdursa, şalvarın balağını qatlayan və neylon corabları geyinməyi sevənləri heç bir təhlükə gözləmir.
Lakin ayaqlarınız tərləyərsə, problemlər yarana bilər. Daim nəm olan ayaqlarda göbələk xəstəliyi inkişaf edə bilər.
Lakin neylon corablar başqa xəstəliklər də (siustit və s.) yarada bilər. Bunun qarşısını almaq üçün isə pambıq materialdan alt paltarları geyinməlisiniz.
4. Toyuq şorbası – Soyuqdəymənin əvbəzedilməz dərmanıdır
Bu da həqiqət deyil. Naxoş olduğumuz zaman içməyi sevdiyimiz isti çaylar, şorbalar, bulyonlar əslində sağalmağa kömək etmir, ancaq simptomları müvəqqəti olaraq aradan qaldırır. İsti maye voğaz ağrısını azaldır və nəfəs almağı asanlaşdırır. Lakin viruslarla mübarizə apara bilmir. Ona görə də, xəstəlik zamanı isti maye, bulyonlardan imtina etməyin, eyni zamanda onları dərdinizin dərmanı olaraq da qəbul etməyin.
5. Divar peçi – isti və rahatdır, qış üçün ən yaxşı qızdırıcıdır
Yeni il filmlərində tez-tez şömine ətrafında xoşbəxt ailə kadrları görürük. Əslində isə, şöminə sadəcə bir neçə metr ərazini qızdırır, evin qalan hissəsi isə soyuq qalır. Və əlbəttə ki, ocaq ətrafında uzun müddət oturmaq olmaz. Çünki tüstü ən azı xoşagəlməz olur və infeksiya yaranmasın səbəb ola bilər.
Bu problemlərdən xüsusi şüşə ekran vasitəsilə xilas olmaq olar. Düzdür, qarşısı şüşə ilə örtülü ocaq çox romantik təsir bağışlamasa da, istilik otağa eyni paylanacaq və yanğının atıqları şöminədən kənara yayılmayacaq.
6. Qış fəslində adam axmaqlaşır
Bir çox insan düşünür ki, soyuq havada beyin də “qış yuxusuna gedir” və intellektual səy tələb edən işlərin öhdəsindən gəlmək daha çətin olur. Lakin tədqiqatlar qışda zehni qabiliyyətlərin pisləşmədiyini sübut edib. Bütün fəsillər boyu subyektlərin reaksiya dərəcəsi dəyişməz olaraq qalıb və yaddaş da zərər görməyib.
Həmçinin bildirilib ki, uzaq şimalda yaşayan insanlarda beyin soyuq qış gecəsində isti mövsümlərə nisbətən daha yaxşı işləyir.
7. Donmamaq üçün ağız-burnu şarf ilə örtmək lazımdır
Amma əslində tam əksinədir. Nəfəs aldıqdan sonra, şarf nəmlənəcək, buna görə də daxil olan hava daha da soyuq olacaq. Yenə də üzünüzü küləkdən örtmək lazımdır. Bunu isə gödəkçənin papağı ilə də edə bilərsiz.
8. Qışda bədəndə D vitamini çatışmazlığı yaranır
Vitamin D, ilk növbədə, ultrabənövşəyi şüalarla udulur. Qışda isə günəş işığı daha az olduğuna görə bədəndə D vitamini əksikliyi yaranır. Lakin bu sizin özbaşınıza həblər qəbul etmənizə əsas vermir. Əgər, siz məhsuldarlığınızın aşağı düşdüyünü və əhvalınızın pisləşdiyini hiss edirsinizsə, həkimə müraciət edin və yalnız onun tövsiyəsi ilə həblər qəbul edin.
Ümumiyyətlə, əksər hallarda düzgün qidalanma günəşsiz dövrdə də bədəni bərpa edə bilər: xama, yağ, yumurta sarısı, balıq. Onların tərkibində D vitamini də var.
9. Günəş şüalarının çatışmazlığı depressiya yaradır
Əslində işığın və istiliyin olmaması dolayı yol ilə depressiyanın yaranmasına səbəb olduğu bildirilir. Lakin bu da elm tərəfindən tam sübut edilməyib.
Depressiya psixogen və endogendir: birincisi travmatik həyat hadisələrindən sonra baş verir (əlbəttə ki, ilin vaxtına heç bir aidiyyəti yoxdur), ikincisi – hələ yaxşı başa düşülməyən daxili amillər səbəbindən baş verir.
Depressiya ilin istənilən vaxtında baş verə bilər.
10. Səhər idmanını-qaçışı daha isti mövsümə saxlamaq
Əksinə. Havanın temperaturu aşağı olduqda, daha aktiv qaçırıq, yəni daha çox kalori yandırmış oluruq. Sayuq havada məşq zamanı ağızla nəfəs aldıqda soyuq havanın ağıza daxil olması təhlükəli deyil. Yəni quru hava boğaz üçün zərərlidir, soyuq deyil. Əslindı düzgün nəfəs alma texnikasına əməl etsəniz, yəni burun ilə nəfəs alıb ağız ilə buraxsanız, ağciyərlərə gedən yol boyunca hava istiləşər və nəmlənər.
11. Marketlərdə satılan mövsümsüz meyvələr faydasızdır
Həqiqətən də bağlarda yetişən meyvə-tərəcəzlər qış mövsümünə qədər qalmır, çürüyür. Ancaq istixanalarda yetişdirilən meyvələr bağlarda yetişənləri əvəz edir. Təbii ki, istixanalarda yetişdirilən meyvələr dadlı olmur. Ancaq mövsümi meyvələr kimi istixana meyvələri də vitaminlidir. Yəni dadı fərqli olsa da, keyfiyyəti eynidir.
Xüsusən də qış mövsümündı menyumuza vitaminli qidalar daxil etməyimiz mütləqdir. Çünki daha çox qışda vitamin çatışmazlığı yaranır.
12. Qış mövsümündə donmamaq üçün soyuq havaya çıxmadan isti maye qəbul etmək
Əslində isə isti çay və ya qəhvə içsəniz, sizə daha çox soyuq olacaq. İsti maye qəbulundan sonra qan damarları genişlənir. Soyuq havaya çıxdıqda isə, böyük temperatur fərqinə görə bədən daha tez soyuyur. Donmamaq üçün havaya çıxmadan öncə isti maye əvəzinə doyumlu qidalar yeyin. Siz soyuqda gəzərkəın kalori yanmağa başlayaq və bununla da bədəniniz qızacaq.