!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soyuq və küləkli hava infarkt riskini artırır

!Reklam – Yazi

Soyuq və küləkli havalar infarkt riskini artırır.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin apardıqları son tədqiqatlara əsasən, soyuq havalar, aşağı atmosfer təzyiqi, güclü küləklər və günəş şüasının olmadığı şərait infarkta səbəb olur. Ən çox infarkt halları isə şaxtalı qış günlərində qeydə alınıb.

İsveçdəki Lund Universitetinin kardioloq-professoru David Erlinqe bildirib ki,temperaturun 3-4 dərəcə selsidən aşağı düşməsi əsas koronar arteriyanı daraldır və qanın ürəyə axmasını ləngidir. Bunun nəticəsində ürəkdə əlavə təzyiq yaranır. Soyuğun təsiri ilə dərialtında kapillyar qan damarlarının daralması da ürəyin ümumi fəaliyyətinə mənfi təsir göstərir. Qısa bir müddətdə bədənin enerji və hərarət nisbətinin dəyişməsi ilə müşayiət olunan kəskin dəyişikliklər ürəktutmasına səbəb olur”.

İnfarkt riskini artıran digər səbəblər:

Şaxtalı və küləkli havalar emosional stress vəziyyəti yaradır ki, bu da infarkta gətirib çıxara bilər.

Havanın çirkliliyi də ürək-damar sistemində ciddi fəsadlar törədir.

İnsan davranışının kəskin dəyişməsi, pəhriz və fiziki məşğələlərdən imtina etməsi, habelə tənəffüs yollarında daralma infarkta səbəb olur.

İqlim şəraitinin rütubətli, küləkli və soyuq olduğu ölkələrdə infarkt riskini azaltmaq üçün bədəni isti saxlayan paltarlar və normal temperaturu olan otaqların olması vacibdir. Bundan əvvəl aparılan tədqiqatlar da infarktla nəticələn ölüm hallarının əksəriyyətinin soyuq qış aylarında baş verdiyini göstərib.

www.yenicag.az

3031
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv