Soyuqlar yaxınlaşır: İmmunitetinizi gücləndirmək üçün bunları edin

“İmmuniteti gücləndirmək üçün atılmalı olan vacib addımlardan əsasları düzgün qidalanma, sağlam yuxu və fiziki fəaliyyətdir”.

Yenicag.az xəbər verir ki, bunu diyetoloq və qidalanma mütəxəssisi Anna İvaşkeviç soyuqların yaxınlaşması ilə immunitetin gücləndirilməsi haqda açıqlamasında deyib.

O, bildirib ki, hormonal ritmləri qorumaq üçün axşam saat 23-dən əvvəl yatmaq, səhər isə saat 7-8-də qalxmaq vacibdir:

“Həmçinin gündə ən azı 7-10 min addım atmaq lazımdır. Gəzdikdən sonra isə immuniteti gücləndirən xüsusi prosedurlara əməl edilməlidir. Məsələn, ayaqlarınızı soyuq suda 10-15 dəqiqə saxlamaq. Əlavə olaraq menyunuza daha çox lif və vitaminlərlə zəngin olan meyvə-tərəvəzlər əlavə olunmalıdır. Çünki bədən güclənmək üçün təbii vitaminlərə ehtiyac duyur.

Qəhvə və spirtli içkilərdən uzaq qalmaq daha məsləhətlidir. Spirtli və kofeinli içkilər immunitet sistemini zəiflədir. Həmçinin ürəkdə əlavə stress yaradır. Əlavə olaraq, hər kəsin bildiyi kimi mövsümə uyğun geyinmək, özümüzü soyuqdan qorumalıyıq”.

Nəsimi Ələsgərli