Türkiyənin ən çox izlənilən seriallarından olan “Söz”ün aktrisası Deniz Baysal ailə həyatı qurur.
Yenicag.az xəbər verir ki, o, sevgilisi “Kolpa” qrupunun solisti Barış Yurtçudan evlilik təklifi alıb.
Sözügedən serialda prokuror obrazını canlandıran aktrisa isə sevgilisinin təklifinə müsbət cavab verib.
Qeyd edək ki, cütlüyün münasibəti iki il öncə başlayıb.