“Sözlərim təhrif edilib” – Kimdir müqəssir: Jurnalist yoxsa müsahib? – VİDEO

“Sözlərim təhrif edilib”; “Çıxışım kontekstdən çıxarılıb”… 

Siyasisindən müğənnisinə əksər şəxslərin narazılıq doğuran sözlərinə geyindirdiyi don bundan ibarətdir. Bəzən emosional çıxış edərkən sözün hansı mənaya gəldiyinin fərqinə varılmır. Fərqə varıldığı zaman isə iş-işdən keçmiş olur. Sosial medianın olmadığı dövrdə işlər daha asan idi. Ancaq millət vəkili Tahir Kərimli demişkən, jurnalistlər sözü alıb, xalqın ağzına informasiya yemi olaraq verirlər. Sosial medianın şəbədəçiləri də deputat-nazir dinləmədən o sözləri hoydu-hoyduya götürürlər.

Təbii ki, xüsusilə xaricdə müxtəlif niyyətlərlə çıxış təhrifedicilərinin olduğu istisna deyil. Ancaq çıxış edənlərin də daha diqqətli olması gərəkməzmi?

Millət vəkili Cavanşir Feyziyev hesab edir ki, həmsöhbət jurnalistlə danışarkən, açıq və aydın danışmağa üstünlük verməlidir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bu fikirdədir ki, bu məsələdə əsas vəzifə siyasilərin üzərinə düşür.

COP29