“Space” telekanalı mövsümə yeni layihələrlə start verəcək.
Telekanalın mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yaxın günlərdə tanınmış aparıcı Elməddin Behbudun təqdimatında “Gəlin danışaq” tok-şousu yayımlanacaq.
İctimai-siyasi məzmunlu yeni veriliş ölkədə baş verən siyasi proseslərə fərqli yanaşma sərgiləməklə bərabər, həm də aktiv müzakirələrə yer ayıracaq.
Tok-şou üçün yeni studiya yaradılıb və ən müasir texniki imkanlardan istifadə edilib.
Xatırladaq ki, Elməddin Behbud QHT sektorunda uzun müddət fəaliyyət göstərib və tamaşaçılar onu Xəzər Televiziyasından tanıyır.