Bu gün “Space” TV-də “Xəbərlər” departamentinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.
Bizimyol.info-nun məlumatına görə, “Xəbərlər” departamentinin xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir bitdikdən sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb. Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağırılıb. Hər iki əməkdaş kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.
“Space” TV-nin icraçı direktoru Kamil Şahverdi Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Mən şəhərdə deyiləm, hadisə ilə bağlı məlumatım yoxdur. İşə gedib, nə baş verdiyini öyrənəcəm. Ancaq onu deyə bilərəm ki, adıçəkilən hər iki işçi öz ərizəsi ilə işdən gedib”.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, sözügedən məsələdə adı hallanan rejissor Aynur Qiyasi 2016-cı ilin aprel ayından SPACE kanalında çalışır. O, məlum hadisədən sonra yenidən işə bərpa olunmaq üçün anası ilə telekanalın rəhbəri Vaqif Mustafayevin qəbuluna düşmək üçün gəlib. Lakin rejissorun cəhdi uğursuz olub.
Cəvahir
Yenicag.az