Space tv-dən unikal addım

Space tv 14 may 21:25-də Azərbaycan tarixində ilk dəfə “Doğma xalqıma” filmini nümayiş etdirəcək.

Yenicag.az xəbər verir ki, 1954-cü ildə çəkilən film Azərbaycanın kino tarixində ilk rəngli filmdir.

Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkşlərinə yaradıcılıq hesabatıdır.

Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, “Koroğlu” və “Nərgiz” operalarından, “Yeddi Gözəl”, “Qız Qalası”, “Gülşən” baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilibr.Filmin yaradıcı heyəti də kifayət qədər məhşur sənətkarlardır. Belə ki, filmin ssenari müəllifi Həsən Seyidbəyli, quruluşçu rejissorları Yan Frid, Hüseyn Seyidzadə,baş operatoru Əlisəttar Atakişiyev bəstəkarı: Niyazi olub. Çox maraqlıdır ki, bu film çəkiləndən sonra heç vaxt efirdə yayımlanmayıb. Nəhayət mayın 14-də Space TV filmi nümayiş etdirəcək.