Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Space tv-nin növbəti uğuru - FOTO

Space TV-nin efirində növbəti yeni layihə yayımlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə telekanaldan bildirilib ki, söhbət Rövşanə Ağasəfqızının aparıcısı olduğu “Olduğu kimi” verilişindən gedir.

Məlumat verilib ki, veriliş həftəiçi hər gün 18.20-də yayımlanır: “Olduğu kimi” layihəsini digər verilişlərdən fərqləndirən cəhət hər günün fərqli adlarla təqdimatıdır. Burada təbii fərqlilik olduğu kimi tamaşaçıya təqdim olunur.

Günlərdən “Xarıbülbül” Qarabağ tarixindən, mədəniyyətdindən, incəsənətindən, musiqisindən…eləcə də 44 günlük haqq savaşımızda can qoymuş qazi-şəhid əsgərlərimizin qəhrəmanlığdan bəhs edir…

Günlərdən “Sarı köşə” ölkənin məşhur insanlarının, dünyasını dəyişmiş incəsənət xadimlərinin söz sahibi olan kəslərin məlhəm dünyasına baş vurur, iç dünyalarını açmağa çalışır..

Günlərdən “Söz klub” daha çox qadınlara meydan verir, cəmiyyətdə baş verənlərə qadın baxış bucağını sərgiləyir.

Günlərdən “Çoxbilmiş” tamaşaçı ilə birbaşa ünsiyyətdir. Həkim, vəkil, hüquqşünas, psixoloq və s. Yəni taçaşaçıya təmənnasız xidmət, telefon zəngləri əsasında düzgün yönləndirmədir.

Günlərdən “Profil” sərbəst mövzudur. Sosial şəbəkələrin ən məşhur fenomeni, statusu təhqir və tənqidlə yanaşma haqqında danışılır”.

Loading...

www.yenicag.az

109
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100