!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Space” TV-nin rəhbərindən AÇIQLAMA

!Reklam – Yazi

Bu gün “Space” TV-nin ad günüdür və kanalın rəhbəri Müşfiq Hətəmov fb səhifəsində açıqlama verib. Açıqlamanı təqdim edirik.

Hörmətli izləyicilər!

24 il öncə bugünkü gün – 1997-ci il oktyabrın 12-də “Space” TV teleməkanda ilk imzasını atdı. Yarandığı gündən başlayaraq kanal qısa zaman kəsiyində tamaşaçı rəğbətini qazana bildi və uzun illər tamaşaçılar onu yüksək bədii, mənəvi, estetik dəyərlərə söykənən, güclü intellektual potensiala malik televiziya kanalı kimi tanıdı və sevdi.

Qeyd edim ki, “Space” mənə həm də ona görə doğmadır ki, 2006-cı ilə qədər mənim də bu televiziya ilə əməkdaşlığım olub. Və tale illər sonra “Space” TV-nin yaxşı günlərinin şahidi olmuş bir insanı yenidən doğma məkana qaytardı.

Hazırda uzun illər “Space”də çalışan əməkdaşların və çağırışımıza səs verən peşəkarların işbirliyi sayəsində antiböhran tədbirləri həyata keçiririk. İlk olaraq kritik vəziyyətdən çıxmaq üçün fəaliyyətimizə mane olan problemlər aradan qaldırılır. HD yayıma tam keçid, yüksək zövqlü efir tərtibatı və tanıtım çarxları, “Sənədli filmlər” və “Eksperimental layihələr” studiyalarının qurulması işləri yekunlaşmaq üzrədir. Paralel olaraq imkanlarımız daxilində fərqli təqdimatda, yeni əhval-ruhiyyədə TV proqramlarını tamaşaçılara təqdim etmək üçün ciddi fəaliyyət başlayıb və həmin proqramların bir neçəsi artıq yayıma buraxılıb.

Bütün bunlar speysçilərin ilk və qısa müddətə hesablanmış hədəfləridir.Təbii ki, bizim daha böyük hədəflərimiz də var. Yaxın zamanda daha böyük iddialarla, rəqabətədavamlı fəaliyyətlə teleməkana yeni nəfəs gətirməyi qarşımıza məqsəd qoymuşuq.

Hörmətli seyriçilər, efirimizdə bütün yeniliklər və dəyişikliklər “Space” TV-nin yarandığı gündən şüarı olan “Maariflədirmək.

Məlumatlandırmaq. Əyləndirmək.” prinsipləri əsasında sizə təqdim olunacaq.

Sonda “Space” Tv-nin sadiq tamaşaçılarına 24 il hər gün bizimlə olduğuna, bizə ümid bəslədiyinə görə dərin minnətdarlığımı bildirirəm.

Əziz tamaşaçılar, siz varsınız deyə biz də varıq. Əmin ola bilərsiniz ki, “Space” TV-nin 25 illik yubileyində kanalımız tam fərqli və yüksək zövqlü tərtibatda evlərinizin qonağı olacaq.

Biz başlayırıq!

Hörmətlə,
“Space” TV ailəsi adından
Müşfiq Hətəmov

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv