“Space” TV-nin yeni rəhbəri istefa verdi

“Space” teleradio şirkətinə yeni rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.

Yenicag.az xəbər verir ki, Ü.Mikayılova “Space TV”-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın rəhbərlikdən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərin olması göstərilir.

Qeyd edək ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

COP29