“Space TV”yə yeni rəhbər təyin edildi – YENİLƏNDİ / FOTO

Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

Yenicag.az xəbər verir ki, K. Şahverdiyev apa-ya açıqlamasında televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunduğunu bildirib.

***
Space TV-yə yeni rəhbər təyin olunub.

Yenicag.az xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.

Kamil Şahverdiyev xəbəri APA-ya təsdiqləyib.

Qeyd edək ki, K. Şahverdiyev uzun illərdir, “Space” TV-də çalışır.

Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.