lon Maskın “SpaceX” şirkəti Beynəlxalq Kosmik Stansiyaya sınaq ekipajı göndərir. “Dragon” adlanan pilot kapsulu “Falcon 9” raketi ilə bu gün ABŞ vaxtı ilə 2:49-da Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılır.
NASA-nın məlumatına görə, sınaq kapsulunun buraxılmasında məqsəd gələcəkdə Aya və Marsa uçacaq kosmonavtların təhlükəsizliyini yoxlamaqdır. Bu uçuş zamanı içərisində maneken-pilot olacaq kapsulun təhlükəsizliyini beş gün müddətində ABŞ astronavtı Enn Mkkleyn, kanadalı Devid San-Jak yoxlayıblar.
Kapsulda olacaq “ekipaj üzvü” maneken Ripli bütün texniki cihazlarla, o cümlədən ötürücü ilə təchiz edilib. Kosmik gəmi martın 3-də Beynəlxalq Kosmik Stansiyaya birləşəcək və martın 8-də ondan ayrılacaq. Yerə qayıdan Ripli maneken paraşütlə Atlantik okeanına düşəcək. Kapsulun içərisində olan yük təhlükəsizlik məqsədilə gələcəkdə kosmosa uçacaq 3 ekipaj üzvü üçün hesablanıb./AZƏRTAC/