SpaceX şirkətinin NASA ilə əldə etdiyi razılaşmada NASA üçün lazımlı bütün işləri reallaşdırır.
Yenicag.az xəbər verir ki, Floridadan atılması gözlənilən Dragon kapsulasıyla SpaceX şirkəti NASA üçün son yük missiyasını başlıyacaq. Bu missiya SpaceX şirkətinin Beynəlxalq Kosmos Stansiyasında olan vasitəyə təxminən 5.000 kiloqram vəsait göndərməyi hədəfləyir. Bunun üçün şirkət, daha əvvəl iki dəfə istifadə etdiyi Dragon kapsulasını istifadə edəcək. Əgər missiya müvəffəqiyyətli olsa, eyni Dragon kapsulası tarixdə ilk dəfə üçüncü bir səfərə çıxacaq.
Dragon kapsulasının ana yığma bölgəsində kosmonavtların istehlak edəcəyi yemək və vəsaitlərlə yanaşı, elmi təcrübələrdə istifadə edilməsi məqsədiylə materiallar da var. Bundan əlavə, parkinson və skolioz xəstələrindən alınmış toxumalar ilə 3D printerlər də kapsulanın içində gedəcək.
Kapsulada stansiyanın özü üzərində istifadə edilmək üçün hazırlanmış əhəmiyyətli bir parça da var. Kapsulanın baqajına yerləşdirilən parça, təzyiqsiz mühitdə uçuş boyunca kapsulanın arxa baqajında gedəcək.
SpaceX şirkətinin NASA ilə əldə etdiyi müqaviləyə görə, kosmosa 18 raket buraxılışı olmalıdır. Ümumilikdə müqaviləyə görə SpaceX şirkəti 20 raket buraxılışı etməlidir. SpaceX şirkəti 19 və 20-ci raket buraxılışını da Dragon kapsulalarının içində etməyi planlaşdırır. Keçən günlərdə NASA ilə SpaceX yeni bir kontrakt imzalamışdı və razılaşmaya görə, SpaceX, 2024-cü ilə qədər NASA üçün işlər görəcək.ırladı. Bu dərman 24 həftəlik istifadə nəticəsində xəstəlikdə ciddi bir geriləmə və hətta xəstəliyin tamamilə yox olmasını təmin edir.
Elm insanlarının xəstəlikləri müalicə etmək üçün apardığı araşdırmalar sürətlə davam edir. Bəzən ölümlə nəticələnən xəstəliklərə qarşı yeni müalicə üsulları tapmağa çalışan elm insanları, bir çox adamın mübarizə apardığı xəstəliklər üzərində diqqəti cəmləşdirirlər və bu xəstəliklərin müalicə edilə bilməsi üçün yeni üsullar axtarırlar.
Elm insanları, bu günə qədər səbəbi tam olaraq aydın ola bilməyən və gündəlik həyata birbaşa təsir edən xəstəliklərindən biri olan revmatoloji artrit xəstəliyiylə əlaqədar yeni bir dərman üzərində işləyir. İltihablı revmatizm olaraq da tanınan bu xəstəlik üçün çıxarılan bu dərman, son təcrübələrdən də müvəffəqiyyətlə keçdi və gələcəkdə xəstələr tərəfindən istifadə edilə bilməsi üçün gələn bir il ərzində bazara çıxarılacaq.
Bu dərmanın yaradılma müddətində, son illərdə eqzema və müxtəlif bağırsaq xəstəliklərinin yaxşılaşdırılmasında istifadə edilən JAK inhibitorları istifadə edilir.
Bu dərman əslində ilk dəfə tapılmır. Elm insanları keçən illərdə də bu xəstəliklə əlaqədar bəzi dərmanlar yaratdılar, ancaq bu dərmanlarının əks təsirlərinin çox olması, xəstələr üçün böyük suallar doğurdu. Bu yeni dərmanlar isə, əks təsirlər baxımından bir az daha etibarlıdır.
Filqotinib olaraq adlandırılan bu dərman, JAK1 fermentini hədəfə alır və bu sayədə revmatoloji artrit xəstələrinin yaxşılaşdırılmasını təmin edir. Elm insanları etdikləri ilk sınaqlarda, 12 həftə boyunca bu xəstəliklə mübarizə aparan xəstələrə dərmanlar verdi və nəticələri müşahidə etdi. Bu sınaqlarda müvəffəqiyyət nisbətinin 40%-dən çox olduğu müəyyən olundu. Müddət 24 həftəyə çıxdığı zamansa xəstələrin 50%-lik qisimində ciddi bir yaxşılaşma müşahidə edildi. Bu dərmanı yüksək dozada sınaqdan kemirən xəstələrin 30%-də isə, 24 həftəlik istifadədən sonra hər hansı bir problem qalmadığı müəyyən edildi./Milli.Az/