!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Spartak"dan darmadağın, "Beşiktaş"ı dayandıran tapılmır - VİDEO

!Reklam – Yazi

UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start verilib.

Yenicag.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində bu gecə E, F, G və H qruplarında maraqlı oyunlar baş tutub.

Azərbaycanlı futbolsevərlərin yaxından maraqlandığı Türkiyə çempionu “Beşiktaş” səfərdə “Monako” ilə üz-üzə gəlib. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də məğlub etməklə maksimum nəticəyə imza atıb. Qrupun digər matçında “Leypsiq” “Porto”nu qəbul edib. Beş qolun vurulduğu oyunda almanlar seviniblər.

Gecənin bütün nəticələrini təqdim edirik:

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

17 oktyabr

E qrupu 

“Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə) 0:7
Qol: Firmino, 4; 54. Koutinyo, 13. Salah, 19; 40. A.O.Çemberleyn, 86. T.A.Arnold, 90.

“Spartak” (Rusiya) – “Sevilya” (İspaniya) 5:1
Qol: Promes, 18; 90. Melqarejo, 58. Qluşakov, 67. Adriano, 74 – Kyaer, 30.

“Liverpul” – 5, “Spartak” – 5, “Sevilya” – 4, “Maribor” – 1.

F qrupu 

“Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna) 1:2
Qol: Berqeys, 8 – Bernard, 24; 54.

“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) 2:1
Qol: Sterlinq, 9. Q.Jesus, 13 – Diavara, 73-pen.

“Mançester Siti” – 9, “Şaxtyor” – 6, “Napoli” – 3, “Feyenoord” – 0.

G qrupu 

“Leypsiq” (Almaniya) – “Porto” (Portuqaliya) 3:2
Qol: Orban, 8. Forsberq, 38. Auqustin, 41 – Abubakar, 18. Markano, 44.

“Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə) 1:2
Qol: Falkao, 30 – C.Tosun, 34; 55.

“Beşiktaş” – 9, “Leypsiq” – 4, “Porto” – 3, “Monako” – 1.

H qrupu

“Real” (İspaniya) – “Tottenhem” (İngiltərə) 1:1
Qol: Ronaldo, 43-pen – Varane, 28-öz qapısına.

APOEL (Kipr) – “Borussiya” (Dortmund, Almaniya) 1:1
Qol: Pote, 62 – Papastatopulos, 67.

“Tottenhem” – 7, “Real” – 7, “Borussiya” – 1, APOEL – 1.

www.yenicag.az

4167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv