Spiker: Bizi daha böyük uğurlar gözləyir

Azərbaycan Respublikasının Prezidentinin də dediyi kimi, Dağlıq Qarabağ bizim torpağımızdır, ərazi bütövlüyümüz təmin edilməlidir.

Yenicag.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, daha böyük uğurlar bizi gözləyir: “Cəbrayıl artıq işğaldan azad edilib. Digər rayonlarımızın da azad ediləcəyi gün uzaqda deyil. Əldə edilən uğurlar zamanı itkilər də olur. Bütün şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Əminəm ki, bu gün dövlət başçısı və xalq arasında olan birliyin nəticəsində Qarabağın bütün yerlərində şanlı Azərbaycan bayrağı dalğalanacaq”.