Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası iyunun 21-də keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, toplantının gündəliyi barədə məlumat veriləcək.

COP29