!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sponsorlar sabiq komitə sədrini borca saldılar - Azərbaycanlılarsız milli...

!Reklam – Yazi

İslam Həmrəyliy Oyunlarında iştirak edəcək qadın basketbolçulardan ibarət Azərbaycan millisinin heyətində bir nəfər azərbaycanlı yoxdur.

Yeniçağ.Az xəbər verir ki, bu barədə məlumatı apasport.az saytı yayıb. Qeyd olunur ki, komandanın baş məşqçisi Tatyana Slojenitsina ötən il Avropa çempionatında güvəndiyi “dördlüy”ə İslam Həmrəyliy Oyunlarında da şans verməyi planlaşdırır. Yəni gözlənilməz bir hadisə baş verməsə, millimizin heyətində bu basketbolçular mübarizə aparacaqlar: Dina Ulyanova, Tatyana Deniskina, Abigail Mollenhauer və Marsedes Uolkeri sifariş edəcək.

Yeniçağ.Az Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibovun rəhbəri olduğu Basketbol Federasiyası ilə bağlı bəzi məlumatlar əldə edib. Belə ki, qadınlardan ibarət yığmamızın baş məşqçisi Tatyana Slojenitsinanın yenidən “milliləşdirilmiş” idmançılara şans verməsinin səbəbi onun yerli basketbolçularla yola getməməsidir. Məlumata görə, komandamızın heyətində yer alan 2-3 azərbaycanlı qadın basketbolçu onlara göstərilən bu münasibətə öz etirazlarını da bildiriblər.

Lakin yerli idmançılara güvənmədiyini gizlətməyən Slojenitsina heyətlə bağlı qərarını dəyişməyəcəyini qəti şəkildə deyib. İslamiadaya hazırlaşan millinin heyətində yer almayan azərbaycanlılar isə etiraz olaraq, komandadan uzaqlaşıblar. Məlumatda o da bildirilir ki, azərbaycanlı qızların heyətdə yer almaması son zamanlar onların məşqçiyə etiraz olaraq keçirilən təlim-məşqlərə səhlənkar yanaşmalarıdır.

Ancaq Basketbol Federasiyasında problemlər bununla bitmir. Qadın yığmamızla yanaşı, kişilərdən ibarət milli komandada da problemlər azalmır. Çətinliklər sırasında əsas yeri hər iki yığmanın üzvlərinə maaşların vaxtında verilməməsi tutur. Hətta bildirilir ki, milli başketbolçularımız artıq 3 aya yaxındır, pul üzünə həsrət qalıblar. Federasiya rəhbərliyi məvaciblərin gecikdirilməsini sponsorların öz öhdəliklərini yerinə yetirməmələri ilə izah edirlər. Basketbolçulara bildirilib ki, sponsorlar pulu köçürdükdən sonra məsələ həll olunacaq.

Qeyd edək ki, millimiz A qrupunda Türkmənistan, Əlcəzair, Mali və Əfqanıstan yığmaları ilə mübarizə aparacaq. Mayın 18-də start götürəcək qrup mərhələsi 4 gün davam edəcək.

 

Aygün
Yeniçağ.Az

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv