Şri-Lanka Prezidenti istefa sənədini imzaladı

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa istefa sənədini imzalayıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Daily Mirror” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, məktub yüksək rütbəli hökumət rəsmisinə çatdırılıb.

Qeyd edək ki, daha əvvəl Qotabaya Rajapaksanın iyulun 13-də istefa verəcəyi və ayın 20-də ölkədə yeni seçkilərin keçiriləcəyi bildirilmişdi.

Xatırladaq ki, Prezidentin istefasına səbəb daxili etirazlar olub.