Şri-Lankada daha bir partlayış

Şri-Lankada bu gün günorta saatlarında daha bir partlayış baş verib.

Yenicag.az xəbər verir ki, kilsənin yaxınlığında bomba yüklü avtomobil partladılıb.

Hadisə nəticəsində ölən ya yaralanan olmasa da, ətrafdakı obyektlərə və evlərə ciddi ziyan dəyib.

Qeyd edək ki, ötən gün Şri-Lankada baş vermiş terror hadisəsi nəticəsində 290 nəfər insan həyatını itirib.