!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şri-Lankada 8 partlayış: 215 ölü, 450 yaralı - VİDEO/YENİLƏNİB

!Reklam – Yazi

Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb, 450-si yaralanıb.

***

16:30

Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb, 450-si yaralanıb.

***

12:50

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 185 nəfərə çatıb.

Bu barədə yerli “News First” xəbər xidməti məlumat yayıb.

Məlumatda bildirilir:

Milli xəstəxana: 46 ölü, 259 yaralı var

Kalubovila xəstəxanası: 17 yaralı

Neqombo xəstəxanası: 74 ölü, 113 yaralı

Katana kilsəsi: 31 ölü

Raqama xəstəxanası: 7 ölü, 30 yaralı var

Battikaloa: 27 ölü, 80 yaralı

***

09:16

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayışlar baş verib.

Yenicag.az xəbər verir ki, partlayışlar nəticəsində azı 160 nəfər həlak olub, 300-dən artıq insan isə yaralanıb.

Kolombo şəhərindəki otellərdə partlayışlar nəticəsində 40 nəfər ölüb, 295 nəfər yaralanıb. Neqombo şəhərindəki kilsədə törədilmiş partlayış nəticəsində 93 nəfər həyatını itirib. Battikaloa şəhərində isə kilsədəki partlayış zamanı 27 nəfər ölüb, daha 73-ü yaralanıb.

Bildirilir ki, yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayışların kimin tərəfindən törədildiyi və digər təfərrüatları barədə məlumat verilmir.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

www.yenicag.az

7289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv