Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rəsmi Bakıdan Şri-Lankadakı terror aktlarına REAKSİYA

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada baş verən terror aktlarını pisləyib.

Bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində bildirilir.

Məlumatda deyilir: “Biz Şri-Lankanın kilsələrində və otellərində baş verən və çox sayda günahsız insanın həlak olmasına və yaralanmasına səbəb olan terror aktlarını pisləyirik. Biz həlak olanların ailələrinə və Şri-Lanka xalqına dərin hüznlə başsağlığımızı bildirir, yaralıların tez bir zamanda sağalmasını diləyirik”.

***

14:02

Bu gün Şri-Lankada kilsələrdə və otellərdə törədilən partlayışlarda zərərçəkənlərin arasında azərbaycanlıların olması barədə hər hansı məlumat daxil olmayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 52 nəfər ölüb. Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bu gün kilsələrdə və otellərdə baş verən partlayışlarda ölənlər arasında əcnəbilər olduğunu bildirib.

www.yenicag.az

6595