SSRİ-də Baş Qərargah rəisi olmuş general öldü

SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev vəfat edib.

Bu barədə Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Moiseyev dekabrın 18-də 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar zamanı SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub./Qafqazinfo/