SSRİ-də “Qəribə təsadüf”lə əfsanəyə çevrilən aktrisanın doğum günüdür – FOTOLAR

Keçmiş sovet məkanında on milyonların sevimlisinə çevrilən aktrisa ömrünün 8-ci onilliyinin finişinə yaxınlaşır.

Yenicag.az xəbər verir ki, 1976-cı ildə ekranlara çıxan və Sovet kinosunun kult filmləri sırasına daxil olan “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin (rejissor Eldar Ryazanov) qadın baş qəhrəmanı Nadejda Şevelyova obrazını canlandıran polyak aktrisa Barbara Brılska bu gün 79 yaşını qeyd edir.

Bu rolu ilə Sovet İttifaqında əfsanələşən Barbara Brılska uğurlu ifaya görə SSRİ Dövlət Mükafatına layiq görülür.

Lakin həmvətənləri düşmən hesab etdikləri SSRİ-də filmə çəkilməsini və populyarlaşmasını aktrisaya bağışlamırlar. Bu üzdən aktrisa karyerasının növbəti dönəmində əsasən, xarici filmlərdə rol alıb.