!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“SSRİ-nin bərpa əməliyyatı”nın Kreml üçün bumeranq effekti olacaq” - Politoloq

!Reklam – Yazi

“Vladimir Putinin məntiqinə görə, əgər Amerikanın vassalları varsa, ərazicə dünyanın ən böyük ölkəsi – Rusiyanın da vassalları olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etmək istəməsilə bağlı səsləndirilən fikirlərə münaisbət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu belə bir planın Rusiyanın öz ziyanına olacağını bildirib:

“Rusiya prezidenti Vladimir Putin keçmiş “SSRİ-ni bərpa etmək” istəyirsə, deməli, hələ uzun müddət hakimiyyətdə qalacaq. Çünki “SSRİ-nin bərpa çalışmaları”na uzun zaman lazımdır. Bunun üçün həm hədəf seçilən dövlətlərin parçalanması sürətlənməli, həm də yerlərdə tərəfdar qrupları fəallaşdırılmalıdırlar. Kremlin birinci hədəfi Ukraynadır. Qazaxıstandakı olaylar Kremli ikinci istiqaməti də fəallaşdırmağa sövq edir. Növbədə başqa dövlətlər də var.

Kreml sahibi Avropa dövlətlərini ABŞ-nin vassalları hesab edir və müxtəlif çıxışlarında buna eyham vurur. Vladimir Putinin məntiqinə görə, əgər Amerikanın vassalları varsa, ərazicə dünyanın ən böyük ölkəsi – Rusiyanın da vassalları olmalıdır. Sadəcə Avropa ölkələrinin Amerika ilə strateji tərəfdaşlığı qarşılıqlı maraq üzərində qurulub. Kreml sahibi isə ətrafdakı ölkələri zorla Rusiyanın “strateji müttəfiq”inə çevirmək istəyir. Fərq bundadır.

Buna baxmayaraq, “SSRİ-nin bərpa əməliyyatı”nın Kreml üçün bumeranq effekti olacaq. Müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olsa da, onlar milli qüvvələrlə üz-üzə qalacaqlar. Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı milli qüvvələr Rusiyanın vassalı olmaq istəmirlər. Kreml “SSRİ-nin bərpası”nı, əslində isə Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir”.

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv