Stadion müharibə meydanına döndü – VİDEO

Futbol üzrə Argentina çempionatının ikinci liqasında keçirilən “Los Andes” – “Broun De Adrogue” matçında insident yaşanıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmanın 15-ci dəqiqəsində azarkeşlər arasında kütləvi davaya görə qarşılaşma dayandırılıb. Fanatlar bir-birilərinə kəsici, deşici alətlər atıblar. Hadisə ilə bağlı 100 azarkeş həbs olunub.

Bundan başqa Qustava Turraka rəqibinin üzünə təpiklə zərbə endirdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyun isə meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.