Stadiona zorla gətirilən müəllimələr – FOTOLAR

Bu dəqiqələrdə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “İnter” doğma meydanda “Kəpəz”i qəbul edir.

Yenicag.az xəbər verir ki, “İnter Arena”da keçirilən qarşılaşmaya zorla gətirilmiş “azarkeşlər” də var.

Əldə etdiyimiz məlumata görə, bunlar Nizami rayonunda yerləşən məktəblərdə dərs deyən müəllimələrdir. Onlar Nizami Rayonunun İcra Hakimiyyətinin rəhbərliyinin göstərişi ilə “İnter”i dəstəkləmək üçün stadiona göndəriliblər.

Hazırda müəllimələr bu “işgəncə”dən canlarını qurtarmaq üçün fürsət axtarırlar.

Həmin anın fotolarını təqdim edirik:

COP29